...

Azərbaycanın kredit kartlarının Türkiyədə tanınması ilə bağlı danışıqlar davam etdirilir

İqtisadiyyat Materials 23 Avqust 2022 12:14 (UTC +04:00)
Azərbaycanın kredit kartlarının Türkiyədə tanınması ilə bağlı danışıqlar davam etdirilir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

"MasterCard" Azərbaycanın taksit (kredit) kartlarının Türkiyədə tanınması ilə bağlı Türkiyə Mərkəzi Bankı ilə danışıqları davam etdirir.

Trend-in məlumatına görə, bunu "MasterCard"ın Azərbaycandakı baş direktoru Avşar Gürdal "Google Pay" sisteminin Azərbaycanda işə salınmasına həsr olunmuş mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər davam etdirilir və yaxın zamanlarda yerli taksit kart sahiblərinə Türkiyədə ödənişlər həyata keçirməyə imkanının yaradılması planlaşdırılır.

Qeyd edək ki, "MasterCard" bu məsələ ilə bağlı Türkiyə Mərkəzi Bankı ilə danışıqlara 2021-ci ildə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti