...

Mərkəzi Bankla AYİB arasında əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 13 Sentyabr 2022 11:17 (UTC +04:00)

Bakı. Trend:

Mərkəzi Bankla Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi müzakirə edilib.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov "Twitter" səhifəsində bildirib.

"Bu gün AYİB prezidenti xanım Odil Reno-Bassonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Mərkəzi Bank ilə AYİB arasında mövcud əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi imkanları və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi apardıq", - T.Kazımov yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti