...

UNİCEF-in Əfqanıstana göndərdiyi yardım Bakı Limanına çatıb (FOTO)

İqtisadiyyat Materials 18 Oktyabr 2022 18:49 (UTC +04:00)
UNİCEF-in Əfqanıstana göndərdiyi yardım Bakı Limanına çatıb (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF) tərəfindən Türkiyədən Əfqanıstana göndərilən hər biri 18 ton yük daşıyan 4 ədəd TIR, bu gün günorta saatlarında Bakı Limanına çatıb.

Limandan bu gün Trend-ə bildirilib ki, əsasən məktəbli ləvazimatlarından ibarət olan 72 tondan çox yük, Limanının peşəkar komandası tərəfindən operativ şəkildə boşaldılaraq 45 futluq konteynerlərə yüklənir.

"Yükləmə prosesi başa çatdıqdan sonra yardım gəmiyə yüklənərək Türkmənistana yola salınacaq və daha sonra quru yolu ilə Əfqanıstana göndəriləcək.

Qeyd edək ki, bu növ yüklər əvvəllər digər beynəlxalq nəqliyyat dəhlizləri vasitəsi ilə təyinat ölkəsinə çatdırılırdı, lakin ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin dayanıqlığı, stabilliyi və rahatlığı baxımından artıq bir çox yük sahibləri məhz bu dəhlizə üstünlük verir.
Bakı Limanı olaraq humanitar yardımın maneəsiz və sürətli daşınmasına dəstək olmaqdan böyük məmnunluq duyuruq", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti