...

Azərbaycan - Qətər Birgə Biznes Şurası yaradılıb (FOTO)

İqtisadiyyat Materials 31 Oktyabr 2022 10:05 (UTC +04:00)
Azərbaycan - Qətər Birgə Biznes Şurası yaradılıb (FOTO)

Bakı. Trend:

Qətərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Qətər Ticarət və Sənaye Palatası arasında Azərbaycan – Qətər Birgə Biznes Şurasının yaradılması haqqında Saziş imzalanıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qətər Ticarət və Sənaye Palatasının İdarə Heyətinin üzvü Əli Bin Əbdüllətif Əl Mesned imzalayıblar.

Azərbaycan-Qətər Biznes Şurası ölkələrimiz arasında ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının ümumi vəziyyəti və gələcək istiqamətlərinin müzakirə ediləcəyi, sahibkarlar arasında əlaqələrin təşviq olunacağı platforma olacaqdır. Biznes Şurası tərəfindən Azərbaycan və Qətər arasında ikitərəfli ticarət-iqtisadi əlaqələrin daha da inkişafı məqsədilə sahibkarların təşəbbüsləri dəstəklənəcək, bizneslər, o cümlədən KOB-lar arasında birbaşa əlaqələrin qurulmasına köməklik ediləcək, sahibkarların qarşılıqlı səfərləri, görüşləri, birgə seminarlar və dəyirmi masalar təşkil olunacaq, iqtisadi əlaqələrin inkişafı üçün faydalı olacaq kommersiya, ticarət, iqtisadi, elmi, texnoloji və digər məlumatların mübadiləsi həyata keçiriləcək, birgə müəssisələrin və digər qarşılıqlı əməkdaşlıq formalarının yaradılmasına və fəaliyyətinə dəstək göstəriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti