...

Azərbaycanda tam elektron əmək müqaviləsinə keçidlə bağlı qanunvericilik paketi hazırlanıb - Nazir

İqtisadiyyat Materials 11 Noyabr 2022 15:16 (UTC +04:00)
Azərbaycanda tam elektron əmək müqaviləsinə keçidlə bağlı qanunvericilik paketi hazırlanıb - Nazir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda tam elektron əmək müqaviləsinə keçidlə bağlı qanunvericilik paketi hazırlanıb və yaxın zamanda Milli Məclisə təqdim olunacq. Hesab edirik ki, növbəti ildə ölkədə bütün əmək müqavilələrinin məcburi olaraq elektron imzalanması təmin ediləcək.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət, eləcə də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, bununla da artıq əmək kitabçalarına, kağız üzərində əmrləşməyə və digər hallara ehtiyac qalmayacaq.

“Ölkə üzrə kadr kərgüzarlığı və inzibatçılığı, eləcə də paralel olaraq digər parametrlərin hamısı elektron sistem üzrərindən idarə olunacaq. Hətta işəgötürənlər üçün rahatlığın təmin edilməsi hər hansı səhvlərə, inzibati xətalara yol verilməməsi üçün Əmək Məcəlləsinin əksər şərtləri də orada elektronlaşdırılır”, - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti