Bakı. Trend:
“Azərişıq” ASC Kəlbəcər rayonunun Alagöllər kəndi ərazisinə 35KV-luq elektrik enerjisi xətti çəkir.
Trend-in əldə etdiyi məlumata görə, 22 km məsafədə çəkilən xətt N saylı hərbi hissənin işıqlandırılması üçün istismar ediləcək.
Hərbi hissəni işıqlanadırmaq məqsədi ilə ÖİN kabel xəttindən istifadə edilib və 2 ədəd 250 kVA gücündə transformator quraşdırılıb.