...

Elektrik mühərrikli avtomobillərin gömrük rüsumundan azad olunması bazara necə təsir edəcək?

İqtisadiyyat Materials 14 Noyabr 2022 14:33 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik minik avtomobilləri idxal gömrük rüsumundan azad edilib.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 411 №-li Qərarında deyilir.

Bu qərar elektrik minik avtomobillərinin Azərbaycanda satışını sürətləndirə bilər?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Trend-ə bildirib ki, qərar ölkəmizdə ənənəvi yanacaqla işləyən avtomobillərin sayında azalmaya səbəb olmayacaq.

"Azərbaycanda elektromobillərin sayı olduqca azdır. Dünyanın inkişaf etmiş ölkələrində belə yanacaqla işləyən avtomobillərə böyük tələb var", - E.Cəfərov deyib.

Ekspert qeyd edib ki, elektriklə çalışan avtomobillərin gömrük rüsumundan azad olunması Nazirlər Kabineti yanında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Yol xəritəsi” əsasında həyata keçirilən addımlardan biridir.

"Gömrük rüsumundan azad edilmə təbii ki, ölkəmizə bu növ avtomobillərin idxalını sürətləndirəcək, vətəndaşların marağını daha da artıracaq. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində bəndlərdən biri də Azərbaycanın 2030-cu ilə qədər təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsidir. Atmosferə buraxılan zərərli qazların miqdarını azaltmaq, ekosistemin yaxşılaşdırılması və köhnəlmiş avtomobil parkının yenilənməsi əsas məqsədlərdəndir",- deyə o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti