...

Azərbaycan nefti ucuzlaşır

İqtisadiyyat Materials 16 Noyabr 2022 10:30 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 15-də 95,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,39 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 93,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,47 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,57 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 93,95 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,56 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti