...

Azərbaycana investisiya qoyuluşunun təşviqi müzakirə olunub

İqtisadiyyat Materials 18 Noyabr 2022 03:51 (UTC +04:00)

Bakı. Trend:

Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat, Gənclər və idman nazirliklərinin dəstəyi, İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu öz işinə başlayıb.

Trend xəbər verir ki, İCYF ilə əməkdaşlıq çərçivəsində artıq 2-ci ildir təşkil olunan forumda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Forumun məqsədi yerli və beynəlxalq təşkilatların, dövlət qurumlarının nümayəndələrinin, iş adamlarının, investorların, ekspert və startapların iştirakı ilə ölkəmizə investisiya qoyuluşunu təşviq etmək və onları investisiya imkanları barədə məlumatlandırmaq, Azərbaycanda, Avrasiyada və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə gənc sahibkarlara dəstək sahəsində yeni baxışın inkişaf etdirilməsi və startap ekosisteminin gücləndirilməsi yollarını müzakirə etməkdir.

Tədbir İslam Əməkdaşlıq Təşkilatının ənənələrinə uyğun olaraq, müqəddəs Qurani-Kərimdən ayələrin oxunuşu ilə başlayıb.

Forumun açılışında Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İslam Əməkdaşlıq Təşkilatı Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavesa Sengendo, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Türkiyə Respublikası Prezidentinin maliyyə ofisinin müdiri Göksel Aşan, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Baş katibi Yousef Hasan Halavi, Türkiyənin Varlıq Fondunun Baş direktoru Səlim Arda Ermut, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İslam Əməkdaşlığı Gənclər Forumunun prezidenti Taha Ayhan çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti