Bakı. Trend:
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi sürətlə davam edir.
Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov deyib.
Onun sözlərinə görə, artıq bu marşrutun 40 faizdən çoxu tamamlanıb:
"Bu marşrut boyu minaların təmizlənməsi üzrə bütün işlər yekunlaşıb. Paralel olaraq təhlükəsizlik zonalarının yaradılması istiqamətində işlər aparılır".
R.Rüstəmov bildirib ki, bu marşrut həm də Naxçıvana marşrutun yaradılmasına öz töhfəsini verəcək.