...

AMB Blumberq ticarət sistemi çərçivəsində əməliyyatların həcmini açıqlayıb

İqtisadiyyat Materials 16 Dekabr 2022 12:26 (UTC +04:00)
AMB Blumberq ticarət sistemi çərçivəsində əməliyyatların həcmini açıqlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Ümumilikdə, sentyabr-noyabr aylarında banklararası əməliyyatların həcmi “Blumberq” ticarət platforması üzrə 3974 mln. manat, REPO üzrə 305 mln. manat olub.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

"Banklararası pul bazarında fəallıq yüksəlməkdədir. “Blumberq” ticarət platformasında banklar arasında sentyabrda 69 ədəd əqd, oktyabrda 146 əqd bağlandığı halda noyabrda bu rəqəm 168-ə yüksəlmişdir. Noyabrda bağlanmış əqdlərin 93.6%-i qısamüddətli (1-3 günlük) olmuşdur. Banklararası REPO bazarında bağlanmış əqdlərin sayı noyabrda 76 olmuşdur ki, bu da əvvəlki ayla müqayisədə 3.6 dəfə çoxdur. Ötən iclasda faiz dəhlizi ilə bağlı qəbul edilən qərarlar banklararası bazarda orta faizlərin yüksəlməsilə müşayiət olunmuşdur. Təminatsız bazarda (Blumberq) 1 günlük əməliyyatların orta faizi noyabrda oktyabrla müqayisədə 0.6 faiz bəndi yüksək olmuşdur", - deyə AMB-nin məlumatında deyilir.

Xatırladaq ki, AMB 2022-ci ilin sentyabrından yeni konfiqurasiyada pul siyasəti alətlərini, o cümlədən Blumberq ticarət sistemi çərçivəsində təminatsız əməliyyatlar üçün xüsusi platformanın yaradılmasını işə salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti