...

"Bank Melli Iran"ın lisenziyasının ləğvi ilə bağlı müraciət daxil olmayıb - Mərkəzi Bank

İqtisadiyyat Materials 1 Fevral 2023 12:43 (UTC +04:00)
"Bank Melli Iran"ın lisenziyasının ləğvi ilə bağlı müraciət daxil olmayıb  - Mərkəzi Bank
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

İranın “Bank Melli İran” bankının lisenziyasının ləğvi ilə bağlı Azərbaycan Mərkəzi Bankına müraciət daxil olmayıb.

Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Toğrul Əliyev İranın "Bank Melli İran" bankının Azərbaycandakı filialının bağlanmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu gün bu məsələ gündəmdə deyil.

Qeyd edək ki, “Bank Melli İran”ın Bakı filialının 2022-ci ildə xalis mənfəəti 1,866 milyon manat təşkil edib. Faiz gəlirləri 3,476 milyon manat (il ərzində 0,99 faiz artım), haqlar və komissiya gəlirləri 175,85 min manat, valyuta əməliyyatları üzrə gəlirlər 185,29 min manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti