...

Qarabağda 14 mindən artıq obyekt inventarizasiya olunub

İqtisadiyyat Materials 9 Fevral 2023 11:34 (UTC +04:00)
Qarabağda 14 mindən artıq obyekt inventarizasiya olunub
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu günədək Qarabağda 14 mindən artıq obyekt inventarizasiya olunub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev 2022-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inventarizasiya işləri davam edir. 2022-ci ildə Laçında və 7 ətrafyanı kənddə 1500-ə yaxın obyekt inventarizasiya olunub", - Xidmət rəisi əlavə edib.

Qeyd edək ki, Qarabağda inventarizasiya üzrə məlumat bazası “Azərkosmos” peyk operatoru vasitəsilə toplanmış materiallar əsasında yaradılır. Hazırda artıq yetərincə kadastr məlumatı toplanıb və proses davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti