Bakı. Trend:
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması yanvar ayında ilin əvvəlinə nəzərən 0,4 faiz bənd, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 0,5 faiz bənd azalaraq 38,8 faiz təşkil edib.
Trend Mərkəzi Banka istinadla xəbər verir ki, yanvar ayında banklar 90,3 milyon manat xalis mənfəət, 134,5 milyon manat əməliyyat mənfəəti əldə ediblər. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 54 faiz və 50 faiz artıb.