...

İtaliya Azərbaycan qazının nəqlini artırmaq üçün infrastruktur yenilənməsini sürətləndirir - II Messaggero

İqtisadiyyat Materials 27 Fevral 2023 19:54 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya Mərkəzi Avropa ölkələrinə Azərbaycan qazının nəqli üçün infrastrukturun inşasını sürətləndirir.

Trend-in məlumatına görə, bu barədə İtaliyanın ən qədim və nüfuzlu qəzetlərindən biri olan "Il Messaggero" qəzetində dərc olunmuş məqalədə deyilir.

Müəllifin sözlərinə görə, İtaliya ölkənin cənubundan şimalına qaz nəqlinə mane olan bütün "dar yerləri" aradan qaldırmaq niyyətindədir.

Məqalədə İtaliyanın ətraf mühitin mühafizəsi və enerji təhlükəsizliyi nazirinin müavini Vannia Qavadan sitat gətirilərək Trans-Adriatik Boru Kəmərinin (TAP) ötürücülük imkanlarının artırılmasının hakimiyyətin əsas prioritetlərindən biri olduğu və sürətləndirilməli olduğu qeyd olunur.

Məqalədə həmçinin TAP-ın səhmdarlarından biri olan Snam-ın yanvarın 20-də konsultasiya prosesini bitirdiyi qeyd olunur. Beləliklə Avropa İttifaqı (Aİ) tərəfindən böyük məbləğdə maliyyələşdirmə sayəsində Azərbaycandan və bir sıra Şimali Afrika ölkələrindən artan qaz nəqli üçün infrastrukturun daha əvvəl nəzərdə tutulduğu kimi 2027-ci ilədək deyil, 2026-cı ilədək yenilənməsi planlaşdırılır.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycandan İtaliyaya qaz nəqli 8,21 milyard kubmetr təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 34,3 faiz çoxdur.

Cənub Qaz Dəhlizinin (CQD) Avropa hissəsi olan və potensial olaraq 20 milyard kubmetrdən çox qaz nəqli üçün nəzərdə tutulmuş TAP bu gün artıq İtaliyanın qaz ehtiyacının 10 faizindən çoxunu qarşılamaqla ölkənin enerji təhlükəsizliyini təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti