...

“İnvestAz” təsisçisi olduğu şirkətin ləğvinə aydınlıq gətirdi

İqtisadiyyat Materials 14 Mart 2023 10:05 (UTC +04:00)
“İnvestAz” təsisçisi olduğu şirkətin ləğvinə aydınlıq gətirdi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya fondunun idarəçisi fəaliyyəti üzrə lisenziyalardan birini ləğv edib.

“İnvest Az Asset Management” MMC-yə verilmiş 27.08.2013 tarixli 138 nömrəli lisenziya ləğv edilib.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq “İnvest-AZ Asset Management” MMC-dən bildiriblər ki, ləğv edilən “İnvest-AZ Asset Management” MMC-nin lisenziyasıdır, hansı ki, bu fəaliyyət portfel idarəçiliyi üçün nəzərdə tutulur.

"Bu fəaliyyət tələbi üzrə müəyyən dövr daxilində İnvestisiya Fondu yaradılmalı idi. Sadəcə bu istiqamətdə aktiv fəaliyyət göstərilmədiyi, İnvestisiya Fondu yaradılmadığı üçün lisenziya dayandırlıb.

İnvestAZ şirkəti olaraq fəaliyyətimizi tam gücümüzlə davam etdirir və müştərilərimizə qürurla xidmət göstərməyə davam edirik.

"İnvestisiya fondları haqqında" qanuna cari ildə ediləcək təkmilləşdirmə üzrə dəyişiklikdən sonra şirkət yenidən lisenziya üçün müraciət etməyi planlaşdırır", - deyə MMC-dən bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti