...

MTC bank tələbat olmadığından Azərbaycan manatı ilə köçürmələri dayandırıb

İqtisadiyyat Materials 29 Mart 2023 16:33 (UTC +04:00)
MTC bank tələbat olmadığından Azərbaycan manatı ilə köçürmələri dayandırıb

Bakı. Trend:

Rusiyanın MTC bankı martın 29-dan bu xidmətə tələbat olmaması fonunda SWIFT sistemi vasitəsilə Azərbaycan manatı ilə köçürmələri dayandırıb.

Trend-in məlumatına görə, bu barədə qurumun mətbuat xidmətindən bildiriblər.

"Bu xidmətə faktiki olaraq tələbat olmadığından, SWIFT sistemi vasitəsilə Azərbaycan manatı ilə köçürmələr dayandırılıb. Bununla belə, Azərbaycanda fiziki şəxslər üçün hesab valyutasında karta köçürmə yolu ilə rublla transsərhəd pul köçürmələrini inkişaf etdirməyə davam edirik", - qurumdan bildiriblər.

Qeyd olunur ki, 2023-cü ilin yanvar ayında MTC bank istənilən Azərbaycan bankının Azərbaycan manatında, həmçinin, dollar və avroda (hesab valyutasından asılı olaraq) bank kartlarının balansının ani artırılması servisinin funksional imkanlarını genişləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti