...

Əmək müqavilələrinin sayı artıb

İqtisadiyyat Materials 10 Aprel 2023 11:10 (UTC +04:00)

Bakı. Trend:

Dörd ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, qurum tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 353,9 min vahid artıb və 2023-cü ilin aprel ayının 1-nə 1.755,8 minə çatıb. Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 298,1 min vahid artaraq 838 min təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti