...

İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

İqtisadiyyat Materials 16 Aprel 2023 00:42 (UTC +04:00)
İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bakı. Trend:

Aprelin 17-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 70 milyon manat həcmində sənədsiz adlı, faizli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən Trend-ə bildirilib ki, istiqrazlar 1001.2638 manat qiyməti ilə satışa çıxarılacaq. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun sənədsiz adlı, faizli istiqrazlarının Baza emissiya prospekti yanvarın 16-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 milyon AZN, bir istiqrazın nominal dəyəri 1000 AZN, istiqraz üzrə illik faiz dərəcəsi 3,25 faiz, tədavül müddəti 7200 gün təşkil edir. “Unicapital” ASC anderrayter vəzifəsində çıxış edir. Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsilə keçiriləcək. Depozitar və Reyestrsaxlayıcı xidmətlər Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək. Fondun istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib. BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti