...

TEİAŞ tender elan edib

İqtisadiyyat Materials 19 Aprel 2023 16:45 (UTC +04:00)
TEİAŞ tender elan edib

Bakı. Trend:

Türkiyə Elektrik Ötürülməsi Anonim Şirkəti (TEİAŞ) enerji ötürmə xətti dirəkləri və transformator mərkəzləri üçün PR-10 proseduruna uyğun təhlükəsizlik, xəbərdarlıq və məlumat lövhələrinin alınması üzrə tender elan edib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Satınalınma işinin başa çatdırılması üzrə son tarix tenderin nəticələrinin açıqlanmasından 90 gün sonradır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 18 may 2023-cü il, Türkiyə vaxtı ilə saat 10:00-a qədər “TEİAŞ 20. Bölge Müdürlüğü 1. Murat Mah. Atatürk Bulvarı Dış Kapı No. 68/1 Edirne (İhale Salonu)” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

Əlaqə nömrəsi : (+90) 284 225 69 50 - 284 225 69 68

Məqalədə:
Xəbər lenti

Xəbər lenti