...

“Trendyol”un Azərbaycandakı istifadəçiləri artıq sifarişlərini birbaşa ala biləcəklər

İqtisadiyyat Materials 3 May 2023 12:39 (UTC +04:00)
“Trendyol”un Azərbaycandakı istifadəçiləri artıq sifarişlərini birbaşa ala biləcəklər
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir.

Trend xəbər verir ki, təklifdə “Trendyol” siparişlerini artık Azerbaycan adresinde teslim alabilirsin” seçimi yer alıb.

Yeniliklə vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi "Trendyol" saytından izləyə bilərlər. Eyni zamanda sifarişçi adres olaraq öz ev ünvanını qeyd edərək, malın evinə təslim edilməsini seçə bilər.

Qeyd edək ki, indiyədək “Trendyol”un Azərbaycana birbaşa çatdırılma xidməti yox idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti