...

Maliyyə sektoru hansısa aptek və ya yanacaq doldurma biznesi deyil - Mərkəzi Bankın sədri

İqtisadiyyat Materials 5 İyun 2023 11:57 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə sektoru hansısa aptek və ya yanacaq doldurma biznesi deyil.

Odur ki, bu sektor mütəmadi nəzarət altındadır. Bəzi banklar çox aktivdir, bəzilərinin fəaliyyəti normaldır, bəzisi isə problemlidir və həcmindən asılı olmayaraq bütün maliyə sektoruna xələl gətirə bilər.

Trend xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

"Ona görə də, bankların bağlanmasını istəməzdim. Amma böyük problemi olan təşkilatlarda vaxtında işlər görülməlidir. Görülməyibsə və ya görülən işlərin faydası yoxdursa, onlar bağlanmalıdır. Çünki maliyYə sektoru iqtisadiyyatın real sektorunun mərkəzindədir. Orda olan problemlər bütün iqtisadiyyatımıza təsir edəcək”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti