...

Visa və Azərbaycan bankları innovasiyaların tətbiqində maraqlıdır - Kristina Doroş (FOTO/VİDEO) (MÜSAHİBƏ)

İqtisadiyyat Materials 11 İyul 2023 09:17 (UTC +04:00)
Visa və Azərbaycan bankları innovasiyaların tətbiqində maraqlıdır - Kristina Doroş (FOTO/VİDEO) (MÜSAHİBƏ)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Visa-nın Azərbaycanın yerli bankları ilə əlaqələri möhkəmlənərək genişlənir.

Bu barədə Trend-ə müsahibəsində Visa-nın vitse prezidenti və Mərkəzi Asiya ölkələri və Azərbaycanda regional meneceri Kristina Doroş deyib.

Onun sözlərinə görə, Visa Azərbaycanda maliyyə bazarının bütün iştirakçıları ilə çalışır.

"Dövlət və özəl sektorun, fintex və digər tərəfdaşların öz spesifikası var, lakin onlar hansı bazarın inkişafı və irəliləyişində mühüm rol oynayır. Bu prosesdə banklar mühüm yer tutur. Onlar Visa texnologiyalarını tətbiq edir və onların köməyilə öz müştərilərinə rahat köçürmə və ödəniş imkanı verirlər. Bundan başqa, banklarla tərəfdaşlıq etməklə fiziki və hüquqi şəxslərin, sahibkarların həyatını ödənişlərin köçürülməsi baxımından daha asan və təhlükəsiz edən həlləri tətbiq edə bilirik. Bundan başqa, Visa-nın Azərbaycanın yerli bankları ilə əlaqələri möhkəmlənərək genişlənir. Visa rahat və təhlükəsiz ödəniş üsullarının inkişafını, innovasiyaların tətbiqinə və Azərbaycanın maliyyə bazarının iştirakçıları ilə səmərəli əməkdaşlığı hədəfləyir. Hazırda hətta əvvəllər bank əməliyyatlarını icra etmək üçün fiziki olaraq banka getməyə hazır olan yaşlı nəslin də daha çox onlayn həllər və rəqəmsal ödənişlərə üstünlük verdiyini görürük", - deyə o bildirib.

K.Doroş kiçik və orta biznesə dəstəyin Visa şirkəti üçün uzun illər ərzində strateji əhəmiyyətli istiqamət olduğunu qeyd edib.

"Bu ilk növbədə biznesin inkişafının sürətlənməsi və KOB-un ölkələrin iqtisadiyyatına müsbət təsiri ilə əlaqəlidir. Kiçik şirkətlər və müəssisələr rahat ödəniş texnologiyalarından nə qədər çox istifadə edərsə, biznes dövriyyələri bir o qədər sürətlə inkişaf edər və şirkət inkişaf edər. Bizim üçün bir o qədər əhəmiyyət kəsb edən ikinci element yerli bizne və sahibkarlara dəstəkdir. Tərəfdaşlarımızla aktv şəkildə çalışaraq mikro, kiçik və orta biznes üçün həllər yaradırıq. Bu cür həllərdən biri Visa-nın "Tap to Phone" texnologiyasıdır. Bu texnologiya Android bazasında NFC modullu mobil qurğuların köməyilə bank kartları ilə ödəniş qəbul etməyə imkan verir. Visa-nın "Tap to Phone" həlli Visa Business Card ilə birgə təklif olunur ki, bu da sahibkarın pul vəsaitlərindən dərhal istifadəsini mümkün edir", - K.Doroş deyib.

Kibertəhlükəsizlikdən danışan K.Doroş Visa-nın hər il on minlərəl kibertəhdidin qarşısını aldığını və şəbəkə təhlükəsizliyinə investisiya qoymağa davam etdiyini bildirib.

"Visa şirkəti üçün kibertəhlükəsizlik məsələləri həmişə çox mühüm olub. Biz hazırda bu mövzuya böyük əhəmiyyət veririk, çünki qlobal bazarda peyda olan insanların həyatını yaxşılaşdırmağa yönəlmiş yeni texnologiyalar kibercinayətkarların əlində təhlükə törədə bilər. Məsələn, iqtisadiyyatın müxtəlif sahələri sosial mühəndislik kimi kibertəhdid növlərinə qarşı həssasdır. Kiberfırıldaqçılığın tez-tez rastlaşdığımız digər istiqaməti müxtəlif bildirişlər formasında fişinq xarakterli elektron məktublardır. Bu trendləri nəzər alaraq biz Visa-da daha çox kibertəhlükəsizliyin təmin edilməsinə fokuslanırıq. Belə ki, məsələn son beş il ərzində müdafiə sistemlərimizin inkişafına və kiberfırıldaqçılıqla mübarizəyə doqquz milyard dollardan çox investisiya qoymuşuq. Visa tərəfindən süni intellekt və maşın təlimini tətbiq etməklə hazırlanmış texnologiyalar fırıldaqçılığın səmərəli monitorinq sistemini yaratmağa və kibertəhdid cəhdlərinin qarşısını almağa imkan verir. Fırıldaqçılıqla mübarizə sistemlərimizin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər sayəsində yeni fırıldaqçılq alqoritmlərinin yaranmasına baxmayaraq Visa öz istifadəçilərini fırıldaqçıların əməliyyatlarından qoruya bilir", - deyə o vurğulayıb.

K.Doroş həmçinin qeyd edib ki, tokenizasiya ticarət konsepsiyasını və ticari münasibətləri dəyişməyə imkan verir.

"Azərbaycanda tokenizasiya olunmuş tranzaksiyaların sayında sürətli artım müşahidə olunur. Azərbaycanda tokenizasiya olunmuş ödənişlərin yayılma sürəti digər ölkələrdə bu göstəricini qabaqlayır və bu möhtəşəmdir. Tokenizasiya bu gün əhəmiyyətli trenddir və bu texnologiya daha da böyüyəcək. Fiat valyutadan dövlətin qiymətli kağızlarına, səhmlərə, istiqrazlara, daşınmaz əmlak və ya avtomobil sənədlərinədək istənilən aktivi tokenizasiya etmək mümkündürş Token formasında rəqəmsal platformada təqdim olunan istənilən aktivi çox asanlıqla monitorinq edərək real vaxt rejimində vəziyyətini yoxlamaq olar. Biz Visa olaraq hesab edirik ki, bu trend kütləvi hal aldıqda ticarət və ticari münasibətlər konsepsiyasının özü dəyişəcək, çünki rəqəmsal dünyada hər şeylə dərhal və rahatlıqla ticarət etmək mümkün olacaq", - deyə o qeyd edib.

"B2B Connect" həllinə gəlincə, K.Doroşun fikrincə Azərbaycan bankları ondan aktiv şəkildə istifadə edirlər.

"Bu həll mahiyyətcə kartsızdır. Həll blokçeyn texnolgiyasının bazasında yaradılıb və biznesin xarici iqtisadi fəaliyyəti çərçivəsində xaricdəki hüquqi şəxslərə sürətli, təhlükəsiz, rahat və nəzarət olunan şəkildə pul vəsaiti köçürməyə imkan verir. Biz Azərbaycanda bankların bu texnologiyaya qoşulmalarında çox fəal artım müşahidə edirik. Azərbaycan "B2B Connect" həlli ilə çalışan bankların sayının ən çox olduğu ölkədir", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti