Bakı. Trend:
Xəzər dənizi və Mərkəzi Asiya regionlarının aparıcı yükdaşıma aviaşirkətlərindən biri olan Silk Way West Airlines hər il milyonlarla ton yük daşıyan, dünyanın ən böyük yük hava limanlarından biri olan Los Anceles Beynəlxalq Hava Limanına həftəlik marşrut açır.
Los-Ancelesin şəbəkəyə əlavə edilməsi şirkətin müştərilərinin
artan ehtiyaclarını ödəyəcək və qlobal ticarəti dəstəkləyəcək.
Aviaşirkət bu marşrut üzrə geniş çeşiddə xüsusi, tez xarab olan,
böyük ölçülü və e-ticarət mallarını daşıyacaq.
Yeni marşrutla Silk Way West Airlines regionda öz təsirini
genişləndirir və yeni strateji istiqamət açır. Qeyd edək ki, Silk
Way West Airlines Çikaqo və Dallasa müntəzəm reyslərdən əlavə, bu
ilin aprelində Hyustona uçuşlara başlayıb.
Silk Way West Airlines şirkətinin Amerika üzrə vitse-prezidenti Fadi Nahas qeyd edib: "Biz Los Anceles Beynəlxalq Hava Limanının marşrut şəbəkəmizə əlavə edilməsini elan etməkdən məmnunuq. Yeni marşrut ABŞ istiqamətləri üzrə daha qısa tranzit vaxtları təmin etməklə yanaşı, yükdaşıma həcmini artıracaq və Qərb Sahilindəki müştərilərimizə böyük fayda verəcək".00:27