...

Emal sənayesində 10,2 milyard manatlıq məhsul istehsal olunub

İqtisadiyyat Materials 18 Avqust 2023 07:48 (UTC +04:00)
Emal sənayesində 10,2 milyard manatlıq məhsul istehsal olunub

Bakı. Trend:

Emal sənayesində 2023-cü ilin yanvar-iyul aylarında 10 milyard 243 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 26 faiz, qida məhsullarının istehsalında 11,7 faiz, tütün məmulatlarının istehsalında isə 10,0 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından üzüm şərabının istehsalı 60,7 faiz, şəkərli qənnadı məmulatlarının istehsalı 25,2 faiz, unlu qənnadı məmulatlarının istehsalı 23,5 faiz, siqaret istehsalı 20,1 faiz, meyvə-tərəvəz konservlərinin istehsalı isə 5 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti