...

Azərbaycan turizm xidmətlərinin dövriyyəsi əhəmiyyətli dərəcədə artıb

İqtisadiyyat Materials 12 Sentyabr 2023 16:49 (UTC +04:00)
Azərbaycan turizm xidmətlərinin dövriyyəsi əhəmiyyətli dərəcədə artıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin birinci yarısında Azərbaycan turizm xidmətlərinin dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 45,7 faiz artaraq, 1,1 milyard ABŞ dolları olub.

Trend çərşənbə axşamı xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov media-brifinqdə deyib.

Onun sözlərinə görə, hesabat dövründə turizm xidmətlərinin ixracı (589,4 milyon dollar) idxalını (488,2 milyon dollar) ötüb ki, bu da 101,2 milyon dollar dəyərində profisitin formalaşmasına səbəb olub.

Xatırladaq ki, 2022-ci ilin birinci yarısının yekunlarına görə, Azərbaycanda qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi inişilin analoji dövrü ilə müqayisədə 2,9 dəfə artaraq, 739,596milyon dollar olub.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın ödəniş balansının ümumi qalığı 9,375 milyard manat olub ki, bu da inişilin analoji göstəricisindən 3,1 dəfə çoxdur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti