...

Böyük Britaniya Azərbaycanla kosmik sahədə birgə layihələrin icrasında maraqlıdır - Səfir

İqtisadiyyat Materials 4 Oktyabr 2023 17:30 (UTC +04:00)
Böyük Britaniya Azərbaycanla kosmik sahədə birgə layihələrin icrasında maraqlıdır - Səfir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Azərbaycanla kosmik sahədə birgə layihələrin icrasında maraqlıdır.

Bu barədə çərşənbə günü Trend-in sualına cavab olaraq Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresindən kənarda deyib.

Səfir "Azərkomos"un imkanlarının sürətlə artdığını və Böyük Britaniyanın kosmos sahəsində əldə edilmiş biliklərdən istifadə etməklə ortaq layihələrin icrasında ciddi maraqlandığını qeyd edib.

"Hesab edirəm ki, forum ərzində gələcək əməkdaşlağımızın hansı formada təzahür edəcəyini anlamaq üçün müəyyən təfərrüatları öyrənməliyik", - o deyib.

Auld Böyük Britaniyanın Azərbaycandakı səfiri olaraq, iki ölkə arasında bir çox sahədə, o cümlədən biznes, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi, müdafiə, təhsil, qadın hüquqları sahələrində əməkdaşlığın dərinliyindən məmnun olduğunu qeyd edib.

"Bütünlükdə Böyük Britaniya-Azərbaycan münasibətləri sadəcə kosmik sahədə əməkdaşlıqdan daha genişdir", - deyə səfir əlavə edib.

Xatırladaq ki, oktyabrın 2-də Bakıda Azərbaycanın Kosmik Agentliyinin ("Azərkomos") və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi başlayıb.

Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri, ümumilikdə 101 ölkədən 5 mindən çox nümayəndə iştirak edir.

Bakı Beynəlxalq Astronavtika Konqresi oktyabrın 6-dək davam edəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti