...

Ağdam Sənaye Parkında 5-dək müəssisə fəaliyyətə başlayacaq

İqtisadiyyat Materials 24 Oktyabr 2023 16:25 (UTC +04:00)
Ağdam Sənaye Parkında 5-dək müəssisə fəaliyyətə başlayacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Sumqayıt. Trend:

Gələn il Ağdam Sənaye Parkında 4-5 müəssisə fəaliyyətə başlayacaq.

Trend xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev jurnalistlərə deyib.

"Bu il tikinti işlərinin başa çatacağı, gələn il isə Ağdam Sənaye Parkında 5-dək müəssisənin fəaliyyətə başlayacağı gözlənilir", - o deyib.

Onun sözlərinə görə, bu müəssisələr əsasən tikinti materialları, divar kağızları və ayaqqabı istehsalı ilə məşğul olacaq.

Qeyd edək ki, Ağdam Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılıb.

Ümumilikdə, Ağdam Sənaye Parkına 60 milyon manatdan çox investisiya qoyulacaq. Sənaye Parkında 700-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Yaradılan müəssisələr yerli istehsalın inkişafına təkan verməklə, bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişinə, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək.

2022-ci ildə Ağdam Sənaye Parkında 12 sahibkarlıq subyektinə rezident, 3 sahibkara isə qeyri-rezident statusu verilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti