...

Bakı Limanı ilə Mərakəş Milli Limanlar Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

İqtisadiyyat Materials 14 Noyabr 2023 10:14 (UTC +04:00)
Bakı Limanı ilə Mərakəş Milli Limanlar Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası və Mərakeş Krallığı hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçirilib.

Trend xəbər verir ki, Mərakeşin Rabat şəhərində keçirilən iclas çərçivəsində Bakı Limanı ilə Mərakəşin Milli Limanlar Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bakı Limanının Baş direktoru Taleh Ziyadov və Mərakəş Milli Limanlar Agentliyinin Baş meneceri Nadia Laraki tərəfindən imzalanan memorandumun əsas məqsədi iki ölkənin inkişafında limanların rolunu və strateji əhəmiyyətini nəzərə alaraq, əməkdaşlıq və tərəfdaşlığın qurulması və möhkəmləndirilməsidir.

Bu memorandum limanlar arasında əməkdaşlıq, liman əməliyyatlarının inkişafı, liman logistikası, terminalların idarə edilməsi, infrastruktur, qabaqcıl təcrübə mübadiləsi ,ətraf mühitin mühafizəsi kimi bir çox sahələrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirməsinə töhvə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti