...

Bakıda "SPECA 2023 İqtisadi Forumu" öz işinə başlayıb (FOTO)

İqtisadiyyat Materials 21 Noyabr 2023 10:22 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda "SPECA regionunun qlobal əhatəyə malik əlaqə mərkəzinə çevrilməsi" mövzusunda "SPECA 2023 İqtisadi Forumu" (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) öz işinə başlayıb.

Trend xəbər verir ki, forum dialoqa dəstək, mövqelərin möhkəmlənməsi, ümumi çağırışlara qarşı həll axtarışları və onların reallaşdırılması üçün strategiya və planların hazırlanması məqsədilə Azərbaycanın və "SPECA"nın digər üzv ölkələrinin proqramın xidmətyönümlü, siyasət və əməkdaşlıq sahələrində məsələlərin koordinasiyası üçün çevik və strateji platforma qismində inkişafına yönəlmiş aktiv mövqeyinə əsaslanır.

Forumda, həmçinin, son illərdə "SPECA"nın Avrasiyada qlobal əhatəyə malik əlaqə mərkəzi qismində nailiyyətlərinə, xüsusən 2019-cu ildə keçirilən "Qarşılıqlı əlaqələr: SPECA subregionunda ticarət prosedurlarının və nəqliyyatın asanlaşdırılması və dayanıqlı inkişaf" mövzusunda "SPECA 2019 İqtisadi Forumu"nun nəticələrinə əsaslanıb.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) 26 mart 1998-ci ildə təsis olunub.

Hazırda "SPECA"ya üzv dövlətlər Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.

"SPECA" regional əməkdaşlıq yolu ilə ən yaxşı şəkildə əldə edilməsi mümkün olan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi üçün subregional əməkdaşlıq platforması təmin edir. 2023-cü ildə Proqrama Azərbaycan sədrlik edir və 20-24 noyabr 2023-cü il tarixlərində "SPECA Günləri" keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti