Bakı. Trend:
2024-cü ildə Azərbaycanın dövlət qurumlarına müdafiə sistemi olaraq daha bir həll təqdim olunacaq.
Trend xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov Bakıda keçirilən Dövlət qurumlarının İT rəhbərlərinin III Zirvə Toplantısında deyib.
"İndiyədək dövlət qurumlarına mərkəzləşdirilmiş antivirus həlli olaraq ESET həllini təqdim edirdik. Lakin bu ildən onlara XDR həlli təqdim olunacaq", - deyə o bildirib.
Qeyd edək ki, fevralın 2-də Bakıda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Dövlət Qurumlarının İT rəhbərlərinin III Zirvə Toplantısı keçirilib. Tədbirdə 73 dövlət qurumundan 100-dən artıq nümayəndə iştirak edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)