...

Azərbaycan ilə Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

İqtisadiyyat Materials 18 Fevral 2024 14:00 (UTC +04:00)
Azərbaycan ilə Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Əli Əsədovu Baş nazir təyin edilməsi münasibətilə təbrikində bildirib.

“Qarşıdakı dövrdə təşkil edəcəyimiz iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası ilə bağlı Sizi ölkəmizdə qonaq etməkdən duyacağım məmnunluq hissini də qeyd etmək istəyirəm” – deyə Cevdet Yılmaz qeyd edib.

Qeyd edək ki, komissiyanın Azərbaycan tərəfdən həmsədri Baş nazir Əli Əsədovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti