Bakı. Trend:
2023-cü ildə əldə olunmuş müsbət makroiqtisadi göstəricilərdən biri olan inflyasiya xarici və daxili amillərin, o cümlədən həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azalmışdır.
Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Baş nazir bildirib ki, hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyinin idxal inflyasiyasına azaldıcı təsiri, qəbul edilmiş büdcə qaydasının parametrləri və monetar siyasət qərarları inflyasiya təzyiqlərini yumşaltmışdır.
“Nazirlər Kabinetində inflyasiya proseslərinin və onun
səbəblərinin araşdırılması və təhlili istiqamətində “İnflyasiya və
qiymət monitorinqi” üzrə İşçi qrup yaradılmışdır. Qiymət
formalaşması nöqtələrində qiymətlərin artım dinamikasını izləməyə,
vaxtında və çevik müdaxilələr etməyə imkan verən “Qiymət İzləmə
Tətbiqi” sistemi yaradılmışdır.
Həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə 8,8% orta illik
inflyasiyaya nail olunmuşdur. İllik inflyasiya isə 2.1% təşkil
etmişdir”, - deyə Baş nazir əlavə edib.