...

Azərbaycanda gəmilərlə daşınan sərnişinlərin sayı açıqlandı

İqtisadiyyat Materials 18 Mart 2024 20:50 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 42,9 faiz artaraq, 4,0 min nəfər olub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunan dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi isə 1273,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,9 faiz artıb.

Yüklərin 50,5 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 2072,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 1658,9 min tonunu və ya 80,0 faizini tranzit yüklər təşkil edib.

2024-cü il mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 136,4 min ton olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti