...

Azərbaycanın Gürcüstan ilə ticarət dövriyyəsi 207, 2 milyon dollar təşkil edib

İqtisadiyyat Materials 26 Mart 2024 05:39 (UTC +04:00)
Azərbaycanın Gürcüstan ilə ticarət dövriyyəsi 207, 2 milyon dollar təşkil edib

Bakı. Trend:

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın Gürcüstan ilə ticarət dövriyyəsi 207, 2 milyon dollar təşkil edib. Azərbaycan bu göstərici ilə Gürcüstanın ən böyük xarici ticarət tərəfdaşları arasında dördüncü yerdədir.

Trend xəbər verir ki, bu barədə məlumat Gürcüstan Milli Statistika Xidmətinin hesabatında yer alıb.

Bildirilir ki, hesabat dövründə Gürcüstanın ən böyük ticarət tərəfdaşı Türkiyə olub. Cari ilin ilk iki ayında iki ölkə arasında ticarət dövriyyəsi 471,8 milyon dollar təşkil edib ki, bu da Gürcüstanın ümumi ticarət dövriyyəsinin 16 faizi deməkdir.

2024-cü ilin yanvar-fevral aylarında Gürcüstanın ən böyük 5 ticarət tərəfdaşı sırasında Rusiya 410,6 milyon dollarla ikinci, Çin 221,7 milyon dollarla üçün yerdə qərarlaşıb.

Gürcüstanın ilk on ticarət tərəfdaşına, həmçinin Almaniya, Qırğızıstan, Qazaxıstan və İtaliya daxildir.

Xəbər lenti

Xəbər lenti