...

Nəqliyyat infrastrukturunun inkişafı böyük maliyyə yatırımları tələb edir - TRACECA-nın baş katibi

İqtisadiyyat Materials 23 May 2024 16:26 (UTC +04:00)
Nəqliyyat infrastrukturunun inkişafı böyük maliyyə yatırımları tələb edir - TRACECA-nın baş katibi
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Leypsiq. Trend:

Milli səviyyədə nəqliyyat infrastrukturunun inkişafı mühüm maliyyələşdirmə tələb edir.

Trend xəbər verir ki, bu barədə TRACECA-nın baş katibi Asset Assavbayev Leypsiq şəhərində keçirilən Beynəlxalq Nəqliyyat Forumunda (ITF) deyib.

"Nəqliyyat infrastrukturu qlobal bağlantıların təmin edilməsində mühüm rol oynayır. İnfrastrukturun inkişafının vacibliyi həmçinin beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən aparılan müxtəlif araşdırmalarda dəfələrlə vurğulanıb. Bundan başqa, qeyd olunur ki, milli səviyyədə infrastrukturun daha da inkişafı üçün zəruri tədbirlərin görülməsi mühüm maliyyələşdirmə tələb edir. Misal üçün, AYİB-in Avropa və Mərkəzi Asiya arasında dayanıqlı nəqliyyat rabitəsi haqqında hesabatında deyilir ki, təkcə Mərkəzi Asiyada infrastrukturun inkişafı üçün təqribən 18 milyard avro tələb olunur", - o deyib.

Assavbayev qeyd edib ki, 14 üzv ölkənin hamısındakı həm maddi, həm də qeyri-maddi infrastrukturu nəzərə aldıqda bu məbləğ xeyli yüksəkdir.

"İnfrastrukturun inkişafına artıq qoyulmuş mühüm investisiyaları nəzərə alaraq, tədbirlərin razılaşdırılmasını təmin etmək xüsusən vacibdir, çünki sərhəd infrastrukturunun imkanları bir-birinə uyğun olmalıdır. Daşınan yüklərin həcmində müşahidə olunan artım nəqliyyat infrastrukturu üzərindəki yükün artmağa davam edəcəyini bir daha vurğulayır", - deyə baş katib aydınlıq gətirib.

Onun sözlərinə görə, bu istiqamətdə fəaliyyətin əlaqələndirilməsi regionlararası əlaqələrin gələcək həyat qabiliyyətinin təmin edilməsində əsas rol oynayır.

"ITF-in bu açıq sessiyasının bütün iştirakçılarını birgə səylərin və ən əsası, əlaqələndirilmiş və razılaşdırılmış tədbirlərin zəruriliyini dərk etməyə çağırıram. Əminəm ki, infrastruktur imkanlarının harmonizasiyasına imkan yaradılması gələcəkdə potensial çatışmazlıqların aradan qaldırılmasına kömək edəcək. Fikrimcə, logistika marşrutlarının daimi təkamülü və təchizat zəncirlərinin yenidən qurulmasını nəzərə aldıqda beynəlxalq koordinasiya olduqca aktualdır", - deyə Assavbayev əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti