...

Azərbaycanda bal bahalaşacaq? - AÇIQLAMA

İqtisadiyyat Materials 27 İyun 2024 14:47 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il işğaldan azad edilmiş ərazilərə təxminən 42 mindən çox arı ailəsi yerləşdirilib.

Bunu Trend-ə “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, arı ailələri, əsasən, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Xocavənd rayonunun ərazilərindədir.

"Biz gələcəkdə bu ərazilərdə 300 min arı ailəsini yerləşdirməyi planlayırıq. Bu ilin yağıntılı keçməsinə baxmayaraq, ölkə üzrə 8 min ton bal süzümü gözlənilir. Hələlik 4 min tona yaxın bal süzülüb".

B.Həsrətov bildirib ki, Azərbaycanda hazırda arı ailələrinin sayı 750 minə çatır.

"Biz bu rəqəmi bir milyona çatdırmaq istəyirik. Lakin arıçılıqla bağlı çatışmazlıqlar da var. Ötən ilə qədər Azərbaycanda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilirdi. Lakin bu ildən subsidiyalar kəsilib. Bu da arıçılıq fəaliyyətinə mənfi təsir edir. Çünki subsidiya arıçılıq fəaliyyəti ilə məşğul olanların xərclərini müəyyən qədər azaldırdı. Arıçıların xərclərinin artması qiymətə təsir edə bilər. Əvvəlki illərdə balın kiloqramı 20-25 manata, təsadüfi hallarda isə 30 manata satılırdı. Bu il balın kiloqramının qiymətinin 30-35 manata olacağı gözlənilir. Bu da balın qiymətinin bahalaşması deməkdir.

Azərbaycan əhalisinin bir illik bala olan tələbatı 7 min tona yaxındır. Xarici ölkələrə isə çox az miqdarda bal ixrac edirik. Bu da, əsasən, Yaponiya və körfəz ölkələridir", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti