Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Çexiya arasında ticarət əməliyyatlarının həcmi 955 milyon 182 min ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 228 milyon 411 min ABŞ dolları və ya 31,4% çoxdur.
Hesabat dövründə Çexiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,43%-i həcmində olub.
10 ayda Azərbaycan Çexiyaya 905 milyon 526 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da illik müqayisədə 38,4% çoxdur. Bu dövrdə Azərbaycanın ümumi məhsul ixracının 3,98%-i Çexiyanın payına düşüb.
Yanvar-oktyabr aylarında Azərbaycan Çexiyadan məhsul idxalını illik müqayisədə 31,4% azaldaraq, 49 milyon 656 min ABŞ dollarına çatdırıb. Dövr ərzində Çexiya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 0,30%-ni təşkil edib.