Bakı. Trend:
Ötən ilin ilk 11 ayında Azərbaycana xarici ölkələrdən 24 min 381 ədəd kassa aparatı gətirilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında hesablamalar aparıb.
Məlumata görə, bu miqdarda kassa aparatlarının idxalına çəkilən xərcin həcmi 5,03 milyon ABŞ dolları (8,55 milyon manat) olub. İdxal olunan kassa aparatının bir ədədinin orta qiyməti 206,2 ABŞ dolları (350,5 manat) təşkil edib.
Kassa aparatı, əsasən, Çindən idxal edilir. Belə ki, bu ölkədən idxal edilən kassa aparatlarının sayı 24 min ədəd, idxal dəyəri isə 4,5 milyon ABŞ dolları olub.
Bununla yanaşı, bəhs olunan dövrdə Azərbaycana Rusiyadan (69 ədəd, 102 min ABŞ dolları), ABŞ-dən (28 ədəd, 268 min ABŞ dolları), Honkonqdan (25 ədəd, 850 ABŞ dolları), Koreyadan (44 ədəd, 18,5 min ABŞ dolları), Malayziyadan (49 ədəd, 49 min ABŞ dolları), Meksikadan (47 ədəd, 38,4 min ABŞ dolları), Tayvandan (12 ədəd, 28 min ABŞ dolları), Türkiyədən (40 ədəd, 15 min ABŞ dolları), Almaniyadan (21 ədəd, 20 min ABŞ dolları), Fransadan (4 ədəd, 2 min ABŞ dolları), İspaniyadan (3 ədəd, 1,3 min ABŞ dolları), Macarıstandan (11 ədəd, 17 min ABŞ dolları), Niderlanddan (18 ədəd, 6,8 min ABŞ dolları) kassa aparatları gətirilib.