Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda istehlakçılara 112,3 milyon manat dəyərində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 milyon manat və ya 5,7% çoxdur.
Əczaçılıq məhsulları və tibbi ləvazimatların ölkənin ticarət dövriyyəsində yekunda xüsusi çəkisi 2,3% təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,8 milyard manatlıq, o cümlədən 2,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2024-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8%, qeyri-ərzaq malları üzrə 6,1% artıb.