Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda istehlakçılara 230,3 milyon manat dəyərində içki və tütün məmulatları satılıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 4,2 milyon manat və ya 1,8% çoxdur.
İçki və tütün məmulatları üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 4,7% təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,8 milyard manatlıq, o cümlədən, 2,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2024-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7%, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8%, qeyri-ərzaq malları üzrə 6,1% artıb.