...

Azərbaycan ötən il təbii bal idxalını ARTIRIB

İqtisadiyyat Materials 16 Fevral 2025 06:00 (UTC +04:00)
Azərbaycan ötən il təbii bal idxalını ARTIRIB
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il ərzində Azərbaycana 138,5 min ton təbii bal idxal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən hesablama aparıb.

Hesablamalara görə, bu miqdarda bal idxalının dəyəri 796 min ABŞ dolları olub. Bu göstəricilər əvvəlki illə müqayisədə miqdar ifadəsi ilə 36 ton və ya 35,1%, dəyər ifadəsi ilə 229 min ABŞ dolları yaxud da, 40,2% çoxdur. Belə ki, 2023-cü ildə Azərbaycana idxal olunan təbii balın miqdarı 102,5 min ton, dəyəri isə 568 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən il Azərbaycandan ixrac olunan təbii balın miqdarı 3,7 ton, dəyəri isə 81,8 min ABŞ dolları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti