Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 185,3 milyon manatlıq məhsul istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ilin yanvar ayı ilə müqayisədə kimya sənayesi məhsullarının istehsalı 35,9 faiz artmış, əczaçılıq məhsullarının istehsalı 30,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 3,7 faiz azalıb.
Kimya sənayesi məhsullarından polietilen istehsalı 30,3 faiz, propen (propilen) istehsalı 26,6 faiz, etilen istehsalı 19,1 faiz, karbamid istehsalı 3,6 faiz, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 3,0 dəfə, digər plastmasdan tikinti məmulatları istehsalı 2,3 dəfə, polietilendən başqa, digər plastmas kisələr və çantalar istehsalı 2,2 dəfə, məsaməli plastik kütlədən sair plastinlər, lövhələr istehsalı 95,6 faiz, plastmas çubuklar, millər və profillər istehsalı isə 67,7 faiz artıb.