...

Balıq emalı sahəsində idxaldan asılılığın azaldılması müzakirə edilib

İqtisadiyyat Materials 20 Fevral 2025 10:06 (UTC +04:00)
Balıq emalı sahəsində idxaldan asılılığın azaldılması müzakirə edilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində akvakultura və balıq emalı sahəsindəki çətinliklər müzakirə edilib, sahənin inkişafı və idxaldan asılılığın azaldılması istiqamətində dövlət dəstəyi mexanizmləri barədə təkliflər səsləndirilib.

Trend bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu fikirlər Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsi tərəfindən təşkil edilmiş “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə keçirilən görüşdə səsləndirilib.

Dövlət-biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davamlı olacağı iştirakçıların diqqətinə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti