...

Dövlət Vergi Xidmətinin gələcək fəaliyyət istiqamətləri açıqlanıb

İqtisadiyyat Materials 1 Mart 2025 12:14 (UTC +04:00)
Dövlət Vergi Xidmətinin gələcək fəaliyyət istiqamətləri açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın gələcək üçün siyasətimizin əsasında büdcənin vergi gəlirlərinin formalaşmasında istehlak xərclərinin şəffaflaşması hesabına dolayı vergilərin payının artırılması, eyni zamanda, biznesin korporativ vergi yükünün aşağı salınmaqla onların sərəncamında mənfəətin yaradılması və investisiya imkanlarının, yeni iş yerlərinin yaradılması, eləcə də əməkhaqlarının artırılmasına rəvac vermək dayanır.

Trend xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarəsinin rəisi Nicat İmanov bu gün Bakıda III dəfə keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi”ndə deyib.

O bildirib ki, həmçinin, real sektorun nümayəndələrinə əlavə təşviq tədbirləri prioritetlərdəndir:

"Bunlar məşğulluğun artırılması, yüksək gəlirli insan kapitalının formalaşması istiqamətində və ölkəyə investisiya qoyuluşu ilə bağlı meyarlarla əlaqəlidir. Bu proseslərin uğurlu, dayanıqlı olması üçün dövlət və özəl sektor arasında dialoq olduqca vacibdir".

"Faydalı əməkdaşlıq özəl sektorun ehtiyaclarını daha yaxşı anlamağa və uyğun tədbirlər görməyə kömək edir", - deyə N.İmanov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti