Bakı. Trend:
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,53 ABŞ dolları və ya 0,7% azalaraq 75,71 dollar/barel təşkil edib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,56 dollar və ya 0,7% ucuzlaşaraq 74,44 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,03 dollar və ya 0,05% azalaraq 58,89 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,52 dollar və ya 0,7% ucuzlaşaraq 73,48 dollar/barel təşkil edib.
Martın 1-ə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.