...

Putin, Tramp və Zelenski arasında görüş barədə danışmaq tezdir - ABŞ dövlət katibi

Dünya xəbərləri Materials 1 Mart 2025 08:48 (UTC +04:00)
Putin, Tramp və Zelenski arasında görüş barədə danışmaq tezdir - ABŞ dövlət katibi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio Rusiya prezidenti Vladimir Putin, ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski arasında üçtərəfli görüşün təşkilinin hələlik müzakirə üçün tez olduğunu bildirib.

Trend xəbər verir ki, bunu Amerikanın baş diplomatı CNN-in efirində deyib.

“Mən düşünürəm ki, bu barədə danışmaq hələ tezdir. Rusiya qarşılıqlı əməkdaşlığa hazırdır, lakin biz bütün aspektləri təhlil etməliyik”, – deyə Rubio vurğulayıb.

O, həmçinin əlavə edib ki, bu mövzuda iş “kameralar qarşısında və ictimaiyyətə açıq şəkildə” aparılmayacaq.

Xəbər lenti

Xəbər lenti