Bakı. Trend:
Şirvanda avtomat tapılıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı 1 avtomat aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.