Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 309 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) gətirilib.
Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 12,1 milyon ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 232 ədəd (42,9%), dəyər ifadəsi ilə 10,8 milyon ABŞ dolları (47,1%) azdır. Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycana idxal dəyəri 22,8 milyon ABŞ dolları olan 541 ədəd elektromobil gətirilmişdi.
Hesabat dövründə idxal edilən elektromobillərin bir ədədinin orta qiyməti 39,1 min dollar olub ki, bu da, illik müqayisədə 3,1 min dollar və ya 7,3% azdır. Ötən ilin ilk ayında idxal olunan elektromobillərin bir ədədinin orta qiyməti 42,2 min dollar idi.
Qeyd edək ki, cari ilin yanvar-fevral ayları ərzində Azərbaycana 288,9 milyon ABŞ dolları dəyərində 16 758 ədəd avtomobil idxal edilib.