...

Azərbaycanda kimya sənayesi istehsalı 11%-dən çox artıb

İqtisadiyyat Materials 17 Mart 2025 15:33 (UTC +04:00)
Azərbaycanda kimya sənayesi istehsalı 11%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 363,9 milyon manatlıq məhsul istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 21,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 11,4 faiz artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 3,6 faiz azalıb.

Kimya sənayesi məhsullarından polietilen istehsalı 22,5 faiz, etilen istehsalı 12,9 faiz, propen (propilen) istehsalı 5,6 faiz artıb, rezin və plastik kütlə məmulatlarından sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 11,8 faiz, polietilendən kisə və çantalar istehsalı isə 37,6 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti